AZ

Tarasov: “Kanadanın Ermənistandakı Aİ missiyasına qoşulması sadə məsələ deyil”

“Kanadanın Aİ missiyasına qoşulması ilk baxışdan sadə görünə bilər. Amma unutmayaq ki, Kanada NATO-nun əsas üzv ölkələrindən biridir, ona görə də bu, heç də təsadüfi hadisə sayılmamalıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Aİ-nin mülki missiyası kimi təqdim edilən missiya öz formatını dəyişir, bu sistemli hadisədir, çünki hərbi strukturun üzvü olan NATO ölkəsi ona qoşulur. Bunlar çoxdan qərarlaşdırılmış proseslərdir. Bu, heç kim, daha çox Rusiya üçün sirr deyildi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftələr əvvəl missiyanın əslində NATO missiyasına çevrildiyini açıqlamışdı. Təbii ki, bunu ekstremist qiymətləndirmə, təbliğat və s. Adlandırmışdılar. Əslində hər şey son dərəcə sadədir. Mən də hesab edirəm ki, Kanada yeganə belə ölkə olmayacaq”, – analitik bildirib. O hesab edir ki, bu məsələlər NATO-nun baş katibi Yens Stoltenberqin Ermənistana səfəri zamanı ciddi müzakirə olunub.

“Mülki müşahidəçilər adı altında gözlənildiyi kimi NATO müşahidəçiləri bölgəyə nüfuz ediblər. Məncə, təkcə Rusiya deyil, İran da bu məsələyə cavab verəcək, çünki rəsmi Tehran öz qonşuluğunda proseslərin belə inkişafına dözə bilməz”, – Stanislav Tarasov bildirib.

Xatırladaq ki, iki həftə əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik mətbuat konfransı zamanı bildirmişdi ki, Qərbin səyləri ilə Aİ-nin Ermənistandakı missiyası mahiyyət etibarilə NATO missiyasına çevrilir.

“Birliyə müəyyən tələb göstərmək üçün ona üzv olan dövlətlərin rəhbərləri anti-Rusiya isteriyasını qızışdırır, Rusiya Federasiyası ilə hərbi münaqişəyə hazırlığa çağırır, hərbi sənaye kompleksinə külli miqdarda sərmayə qoyulur.

Hamıya çox söz verdilər, amma yalan mesajların qarşısını ala bilən ölkələr özlərini qoruya bildi, bacarmayan və istəməyənlər, məsələn, Ukrayna kimi dövlətlər isə dağıldı”, – Zaxarova bildirib.

Natiq Səlim,

KONKRET.az

Seçilən
140
Mənbələr
Şərh ()
Bağla