"Unibank" 2024-cü ilin 1-ci rübünü (yanvar-mart) 7 milyon 344 min manat xalis mənfəət ilə başa vurub.
Bu barədə Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir.
"Unibank" 2023-cü ilin 1-ci rübünü 4 milyon 290 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Unibank"ın xalis mənfəəti 2024-cü ilin 1-ci rübündə 2023-cü ilin 1-ci rübü ilə müqayisədə 71,2% və ya 3 milyon 54 min manat artıb.