AZ

Araşdırma: Antibiotiklər aşağı tənəffüs yollarının əksər infeksiyaları üçün təsirli deyil

Araşdırma:

Bakı, 17 aprel, AZƏRTAC

Antibiotiklər aşağı tənəffüs yollarının əksər infeksiyaları üçün təsirli deyil.

AZƏRTAC xəbər verir ki, bu qənaətə Corctaun Universitetinin Tibb Mərkəzinin və Viskonsin Universitetinin tədqiqatçıları ABŞ-da aşağı tənəffüs yolları infeksiyaları üçün ilkin tibbi yardım və ya təcili yardım şöbələrinə müraciət edən insanlar üzərində araşdırma apardıqdan sonra gəliblər. Tədqiqatçılar bakterial infeksiyaların müalicəsində istifadə edilən müvafiq antibiotiklərin təyin olunduğu bu xəstələrin yüzdə 29-da antibiotiklərin öskürəklərin şiddətinə və ya müddətinə təsir etmədiyini, digər xəstələrlə müqayisədə heç bir fərq olmadığını müəyyənləşdiriblər. Antibiotiklər aşağı tənəffüs yolları infeksiyalarının əksəriyyətinin müalicəsində təsirli olmamaqla yanaşı, hətta infeksiya bakteriyalar tərəfindən törədilsə belə, öskürəyin şiddətinə və ya müddətinə təsir göstərmir.

Tədqiqatçılardan Dan Merenstein bildirib ki, yuxarı tənəffüs yollarının infeksiyalarına soyuqdəymə, faringit, sinus və ya qulaq infeksiyaları daxildir və antibiotiklərin yazılmalı olub-olmadığını müəyyənləşdirmək üçün burada əsas məsələ düzgün müayinədir.

Araşdırmanın məqaləsi “Journal of General Internal Medicine” jurnalında dərc olunub.

Seçilən
153
Mənbələr
Şərh ()
Bağla