AZ

Yayda Azərbaycana rekord sayda rus turisti gələcək

Səyahət planlaşdırma xidməti OneTwoTrip 2024-cü ilin yayı üçün aviabilet bronlarını təhlil edib və onları 2019-cu ilin eyni dövrünə, yəni koronavirus pandemiyasının başlamasına qədərki məlumatlarla müqayisə edib.

KONKRET.az xəbər verir ki, bu müddət ərzində bəzi istiqamətlərə tələbat ciddi şəkildə artıb, lakin bir çox Avropa ölkələrinə hava sifarişlərinin sayı hələ də COVID-19-dan əvvəlki səviyyəyə çatmayıb.

Son təhlillərə görə, ruslar ən çox Azərbaycana səfər etməyi planlaşdırır. Belə ki, 2019-cu ilə nisbətən Azərbaycana gəlmək üçün alınan biletlərin sayı 10 dəfədən çox artıb. İkinci yeri Vyetnam tutub. Çinə səkkiz dəfə çox hava sifarişləri verilib. Siyahıda sonrakı yerləri Cənubi Koreya, BƏƏ və Malayziyaya tutub. Bu istiqamət üzrə uçuşlara tələb 7 dəfə artıb.

Yaponiya, Ermənistan, Belarus, Qazaxıstan, İndoneziya, Sinqapur və Tailandın populyarlığı iki dəfədən çox artıb, Gürcüstana 30 faiz, Türkiyənin isə 50 faiz çox turist gedəcək.

Rusiyalı turistlərin Xorvatiyaya marağı ən ciddi şəkildə azalıb (16 dəfə) – indi orada aviabiletlərin sifarişinin payı 2019-cu ilin yayında olan 1,6% ilə müqayisədə 0,1% təşkil edir. İtaliya və İspaniyaya uçuşlara tələbat təxminən dörd dəfə azalıb. Həmçinin Almaniyaya (4,5%-ə qarşı 1,0%). Kipr (2,3%-ə qarşı 0,5%) və Böyük Britaniyaya (2,1%-ə qarşı 0,5%).

Portuqaliya hələ də üç dəfə az populyardır. Bu yay Monteneqroya, Avstriyaya və Serbiyaya uçuşlar elə də çox deyil.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla