AZ

Dünya mediası Şoltsun Çində “şillə” yeməsindən yazır

Dünən Almaniyanın federal kansleri Olaf Şoltsla Çinin rəhbəri Si Cinpin arasında baş tutan görüş dünya mediasının əsas mövzularından birinə çevrilib.

Musavat.com xəbər verir ki, “Politico” qəzeti səfər zamanı Şoltsun Si Cinpindən “sillə” aldığını yazıb. Buna səbəb odur ki, Avropanın proteksionizmə doğru dönüş edib və Çindən lazımi reaksiyanı görməyib.

“Nyu-York Tayms” qəzeti isə Şoltsun səfərinin Almaniyanın oynamağa çalışdığı "mürəkkəb rəqs" nümunəsi olduğunu bildirib. Medianın yazdığı kimi, ölkə ABŞ-ın təzyiqlərinə tab gətirməklə yanaşı, Pekinlə iqtisadi əlaqələri saxlamaq istəyir.

Bundan başqa, Şoltsun hava limanında səlahiyyətli şəxs tərəfindən qarşılanmaması da Çinin Avropa nəhənginin rəhbərinə ehtiram göstərməməsi aktı kimi yozulub. Şoltsu aeroportda hansısa şəhərin merinin müavini qarşılayıb.

Musavat.com

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla