Ağ Ev ötən həftə Tehranın İsrailə qarşı başlatdığı hücumdan sonra İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton digər müttəfiqlərinin də tezliklə eyni addımı atacağını gözləyir.
ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan verdiyi açıqlamada deyib: “Birləşmiş Ştatlar yaxın günlərdə İrana, o cümlədən onun pilotsuz uçuş aparatlarına və raket proqramlarına qarşı yeni sanksiyalar tətbiq edəcək”.
Əzizə