AZ

Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?

Hemofiliya qanın laxtalanması üçün lazım olan laxtalanma amillərinin bədəndə kifayət qədər olmaması səbəbi ilə qanın normal şəkildə laxtalanmadığı nadir bir genetik xəstəlikdir.
 
Bu barədə Aztibb.az-a Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Firuzə Bəşirova hemofiliya xəstəliyi haqqında danışarkən bildirib.
 
Onun sözlərinə görə, hemofiliya xəstəliyi varsa, bir yaralanmadan sonra insanın qanı yetərli dərəcədə laxtalanmadığı üçün qanama daha çox davam edər. Lakin laxtalanma faktorunda ciddi bir əksiklik olarsa xüsusilə dizlərdə, ayaq biləklərində və dirsəklərdə dərin qanamalar ortaya çıxar. Bu iç qanamalar insanın toxuma və orqanlarına yetərli qan getməməsi nəticəsində orqanlara zərər verə bilir və insanın həyatını təhlükə altına sala bilir. 
 
Firuzə Bəşirova qeyd edib ki, hemofiliyaya bağlı müşahidə edilən əlamətlər bu şəkildə sıralana bilər:
• Kəsik, yaralanma, əməliyyat və diş müalicələrindən sonra ortaya çıxan və açıqlana bilməyən həddən artıq qanamalar;
• Cild altı qanamaya bağlı olaraq dəridə çox sayda geniş göyərmələr;
• Əzələ və yumşaq toxuma içi qanamalar (bunlar nahiyyədə hematoma olaraq da adlandırılan qan toplanmalarına səbəb olur);
• Peyvənd vurdurduqdan sonra qanama;
• Ağız və diş ətlərində qanama, xüsusilə də diş itkisindən sonra durması çətin olan qanama;
• Oynaq içi qanama nəticəsində oynaqlarda ağrı, şişlik və gərginlik;
• Sünnət sonrası nəzarəti çətin olan qanama;
• Sidik və nəcisdə qan;
• Səbəbsiz burun qanamaları;
• Çətin doğuşlardan sonra uşaqda beyin qanaması;
• Yeni doğulan uşaqlarda gözlənilməyən narahatçılıq.
 
Terapevt bildirib ki, həddən artıq qanama riskini azaltmaq və oynaqları qorumaq üçün düzənli məşq etmək, diş və diş əti baxımına diqqət etmək vacibdir. O, aspirin, steroid olmayan antiinflamatuar dərmanlar və qan durulducu heparin kimi bəzi dərmanları istifadə etməməyi məsləhət görüb.
 
Seçilən
60
Mənbələr
Şərh ()
Bağla