AZ

İlk rübdə Naxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb

2024-cü ilin yanvar - mart aylarında Naxçıvan Muxtar Respublikasında 1.559 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, bunların 1.467-si fiziki, 92-si hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 8,2 faiz artıb.

Cari ilin birinci rübündə kommersiya qurumlarının 60 faizi elektron qaydada, 40 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 12,4 faiz artıb

Naxçıvan Muxtar Respublikasında 1 aprel tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 faiz artaraq 16.936 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,4 faiz artıb və 481 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4,8 faiz artaraq 5.579-a çatıb.

 

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla