AZ

235 avstraliyalı deputatın Rusiyaya girişinə qadağa qoyuldu

Rusiya Avstraliya bələdiyyə məclislərinin 235 deputatının ölkəyə girişinə qadağa qoyub.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN-dən bildirilib ki, “stop siyahısına” bu ölkədə Rusiya əleyhinə gündəm yaradan avstraliyalılar daxildir.

“Tədbir Qərbin rusofobik kampaniyası çərçivəsində Avstraliya hökumətinin Rusiya fiziki və hüquqi şəxslərinə qarşı tətbiq etdiyi siyasi motivli sanksiyalara cavab olaraq həyata keçirilib. Moskva Avstraliyanın anti-Rusiya siyasətini nəzərə alaraq siyahını yeniləməyə davam edəcək”, – Xarici İşlər Nazirliyindən bildirilib.

Azpost.info

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla