AZ

Barat Yusubov: Yay aylarında Yeni Klinikaya Avropadan 150-dək tələbə istehsalat təcrübəsinə gələcək

Barat

Bakı, 17 aprel, AZƏRTAC

Yeni Klinikada bütün xidmətlərin elektronlaşması istiqamətində çox işlər aparılıb. Hazırda klinikada 120 min ambulator xidmət elektron formada həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Yeni Klinikanın direktoru Barat Yusubov deyib.

“Yeni Klinikada əməkdaşların elektron biliklərinin artırılmasında da çox böyük önəm verir. Son iki ayda Yeni Klinikanın təşəbbüsü ilə 80 toplantıda 3 min 500-dək tibbi heyət iştirak edib. Yeni Klinikanın səhiyyə turizminin inkişafı istiqamətində də işlər artıq irəliləyib. Bunun nəticəsidir ki, bu il yay aylarında 150-dək tələbənin Avropadan Azərbaycana məhz Yeni Klinikaya istehsalat təcrübəsinə gələcək”, - deyə B.Yusubov vurğulayıb.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla