AZ

17 Aprel Hemofiliya ilə Mübarizə günü - Xəstəliyin səbəbləri


Aprelin 17-si Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir.

"Medicina" hemofiliyanın səbəblərini təqdim edir.

Bu qan xəstəliyi laxtalanmanın pozulması, el dilində desək, duru qan xəstəliyidir. Yəni qan laxtalanması gecikir və bu bədəni zədələyir.

Hemofiliya irsi xəstəlikdir, sonradan yaranmır və körpəlikdən olur, ya müayinə, ya da təsadüfən aşkarlanır.

Bu xəstəliyin müalicəsi yoxdur. Xəstələrin bədənində və daxili orqanlarında öz-özünə qansızmalar ola bilər.


Xəstələr ömür boyu xüsusi müalicə və inyeksiya etməlidir.

Hemofiliya dünyanın sonu deyil, sivil ölkələrdə normal müalicə olduqda insan uzun illər həyatını yaşayır, evlənir.

Müalicə və dərmanla erkən yaşdan müalicə olunmadıqda yeniyetməlikdən xəstədə ağırlaşma, buna bağlı əlillik yaranır.

Hemofiliyalı xəstələrin sayı Azərbaycanda da az deyil.

Aygün Musayeva


Seçilən
44
Mənbələr
Şərh ()
Bağla