AZ

Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski 

Amerikanın köməyi olmadan Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qalib gəlmək şansı yoxdur. 

Ölkə.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Açığını deyim ki, bu yardım olmadan bizim qalib gəlmək şansımız olmayacaq. Qalib gəlmək üçün düşmənindən qat-qat güclü olmalısan", - Zelenski bildirib.

Prezident qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri çox çətin günlər keçirir, çünki onlar böyük Rusiya ordusu ilə vuruşmalı olurlar, ona başqa dövlətlər də kömək edir: "Məsələn, İran. İran ayda Rusiyaya 300-500 “Shahed" dronu verir.
Əgər silahınız yoxdursa, necə döyüşə bilərsiniz?"

Mürtəza
Ölkə.Az

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla