AZ

Böyük Britaniyanın Azərbaycanda qızıl çıxaran şirkətinin gəlirləri azalıb

Böyük Britaniyanın “Anglo Asian Mining plc” şirkəti Azərbaycandakı satışları üzrə açıqlama verib.

Banker.az xəbər verir ki, şirkət 2024-cü ilin birinci rübündə ümumi 3 925 unsiya külçə qızıl satışı həyata keçirib.

Hesabata görə, orta hesabla “Anglo Asian” ilk rübdə qızılı orta hesabla 2 080 dollar satıb. Bu da ümumilkdə qızıl satışlarının həcminin 8.164 mln. dollar olması deməkdir.

Məsələn, 2023-cü ilin ilk rübündə unsiya üçün orta hesabla 1 895 ABŞ dollara satmışdı və ümumi satış həcmi 5 719 unsiya idi ki, bu da 10.837 mln. manata bərabərdir.

2024-cü ilin 1-ci rübündə ilkin inventarların satışı və güclü məsrəflərə nəzarət nəticəsində cəmi 0.7 milyon dollar məbləğində xalis pul vəsaitlərinin daxil olub.

31 mart 2024-cü il tarixinə 2 milyon dolları dəyərində olan inventarlarda qızıl var. Bu ilin əvvəli 6.9 milyon dollar dəyərində 2 506 unsiya qızıl və 0.2 milyon dollar dəyərində mis konsentratı var.

 

Seçilən
212
50
Mənbələr
Şərh ()
Bağla