AZ

Tanınmış futbolçu karyerasını bərpa etdi - oğlu ilə bir komandada olacaq

Braziliya millisinin sabiq üzvü Romario karyerasını bərpa edib.

Futbolpress.az xəbər verir ki,  o, prezidenti olduğu “Amerika Rio-de-Janeyro”da oyunlara çıxacaq.

D Seriyasında mübarizə aparan komandada Romarionun oğlu Romarinyo da forma geyinir.

Romario 1987-2005-ci illərdə Braziliya yığmasının uğurları üçün çalışıb. O, "Barselona", PSV, "Valensiya" kimi klublarda top qovub.
Seçilən
72
Mənbələr
Şərh ()
Bağla