AZ

"Dövlət jurnalistləri yaradıcı insanlardan ayırmır" - Yadigar Məmmədli

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var.

Mövzu ilə bağlı BiG.AZ-a danışan media eksperti Yadigar Məmmədli bildirib ki, dövlət jurnalistləri də yaddan çıxarmır, onları yaradıcı insanlardan ayırmır. Jurnalistika biznes sahəsidir.Bizim başqa ölkələrdə olduğu kimi elə imkanımız olmalıdır ki, satdığımız məhsul yüksək qiymətə olsun və bundan yararlana bilək:

"Jurnalistlərin maddi vəziyyəti istədiyimiz səviyyədə deyil. Dünyada jurnalistlər həm yüksək maaş alırlar, həm həyat şəraiti yüksəkdir. Azərbaycanda dövlətin jurnalistləri himayəsi hər zaman olub. Bu, dövlətin siyasi iradəsidir. Dövlət yaradıcı insanlar kimi rəssamlara, bəstəkarlar ev də, fəxri ad da verir. Bu ənənə jurnalistikaya da aid olub. Bu, təqdirəlayiq hadisədir ki, dövlət jurnalistləri də yaddan çıxarmır, onları yaradıcı insanlardan ayırmır. Jurnalistlərə bina tikilməsi də çox mütərrəqi haldır. Məsələ ondadır ki, jurnalistika biznes sahəsidir. Yaradıcı adamlardan fərqli olaraq biz öz məhsulumuzu satırıq. Bizim başqa ölkələrdə olduğu kimi elə imkanımız olmalıdır ki, satdığımız məhsul yüksək qiymətə olsun və bundan yararlana bilək. Azərbaycanda reklam bazarı hələ formalaşmayıb. Bizim iqtisadiyyatımız nə qədər çox liberallaşsa, bazar iqtisadiyyatında əldə olunan gəlirlərdən daha çox faydalanacaq və mətbuat da bundan daha çox faydalandığı zaman jurnalistlərin maddi imkanı yüksək olacaq".


BiG.Az
Seçilən
36
Mənbələr
Şərh ()
Bağla