AZ

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.  

 

Sfera.az bildirir ki, nəhəng qala əvvəllər Rotşildlər ailəsinə və Mərakeş kralına məxsus olub.

 

Satış qiyməti mülkü dünyanın ən bahalı şəxsi yaşayış yerlərindən birinə çevirir.

 

Nəhəng “Armenvilliers” qalası (Château d'Armainvilliers) 19-cu əsrin sonlarında 12-ci əsr qəsrinin təməlləri üzərində inşa edilmiş, 1980-ci illərdə Mərakeş Kralı II Həsən tərəfindən alınıb. Buna qədər isə Rotşild bank imperiyasına məxsus olub.

 

Mərakeş kralı 100-dən çox otağı, 2500 kvadratmetr yaşayış sahəsi, 1000 hektar ərazisi və şəxsi gölə malik olan nəhəng malikanədə bir sıra təmir və təkmilləşdirmə işləri aparıb. Mülkdə spa hamamı, gözəllik salonu və tam təchiz olunmuş tibb və stomatoloji mərkəzin olduğu bildirilir. İnteryer Mərakeş mozaikaları ilə bəzədilib. Meydançaya 50 at üçün böyük bir tövlə daxildir. Maraqlıdır ki, parkda hətta qırmızı ağaclar da var.


Ancaq ən maraqlı isə kilid altındadır. Qalanın altında "metro" adlanan nəhəng tunellər, mətbəxlər, soyuducular, anbarlar və işçi otaqları şəbəkəsi var.

 

Burada nəinki böyük miqdarda ərzaq saxlanılır, həm də mülk sahiblərinə işçilərlə minimum təmasda olmaq imkanı verir.

 

II Həsənin oğlu 2008-ci ildə atasının ölümündən sonra bu əmlakı Yaxın Şərqdə naməlum alıcıya satıb. İndi isə göründüyü kimi qala, 425 milyon avroya ağılasığmaz bir qiymətə bazara qayıdır.

 

Satışı idarə edən İqnas Meuwissen özünü "dünya elitasının əsl məsləhətçisi" kimi təsvir edir.  Satışa çıxarılan mülkün isə sərvət və əzəməti təcəssüm etdirdiyini bildirir.


Fransız əmlak ekspertləri isə bu satışı "absurd" adlandırır. Mütəxəssislərin fikrincə, potensial alıcılar bu astronomik qiyməti ödəyə bilməyəcəklər. 

 

Qeyd edək ki, fevral ayında Amerikanın ən bahalı əmlakı hesab edilən mülk 295 milyon dollara satışa çıxarılıb.

 

Florida ştatının Neapol şəhərindəki çimərlik kompleksi maliyyəçi Con Donahue tərəfindən tikilib. Con Donahue 1980-ci illərdə təyyarədə uçarkən tikilməmiş torpaq sahəsi görüb bu ərazi üçün 1 milyon dollar ödəyərək, oranı alıb. Daha sonra isə ərazidə 13 uşaq və 84 nəvədən ibarət ailəsi üçün mülk tikib.

 

Aysel

Sfera.az

Seçilən
96
50
Mənbələr
Şərh ()
Bağla