AZ

Biz Ukrayna üçün “Patriot”lar ala bilərik, pulumuz da var...

...Avropa Birliyi “Patriot” sistemlərinə sahib olan, lakin onları Ukraynaya keçirmək istəməyən ölkələrdən ala bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “The Guardian” xəbər verir ki, bunu Hollandiyanın baş naziri Mark Rutte deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı bir çox ölkələrdə “Patriot” sistemlərinin olduğunu bilir.

...Biz onlardan ala bilərik, Ukraynaya çatdıra bilərik, pulumuz da var. Bu son dərəcə vacibdir.

Qeyd edək ki, Rutte bunuAvropa İttifaqı liderlərinin sammitinə gələrkən deyib.

Ruttenin sözlərinə görə, söhbət onları birbaşa Ukraynaya keçirmək istəməyən ölkələrdən gedir.

Yeri gəlmişkən, bu yaxınlarda Hollandiya Ukraynaya 4 milyard avroluq hərbi yardım, eləcə də bir neçə “Patriot” sistemlərinin təhvil verilməsi vəd edib.

Amma maraqlıdır ki, Rutte Kiyevə veriləcək “Patriot”un dəqiq miqdarını deməyib.

Ağasəf Babayev

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla