AZ

“Fənərbağça”dan futbolçularına 160 milyonluq pul mükafatı

Türkiyə Super Liqasında sona altı tur qalmış “Fənərbağça” lider “Qalatasaray”ı izləməkdə davam edib.

Publika.az xəbər verir ki, klub rəhbərliyi bu rəqabətdə öz futbolçularını həvəsləndirmək üçün mükafat təyin edib.

Motivasiya məqsədilə “Qalatasaray” ilə oyuna qədər liqada oynanılacaq dörd oyun üçün 160 milyon lirə (8 milyon 352 min manat) mükafat təyin olunub.

Hazırda Super Liqada keçirdiyi son yeddi matçda qalib gələn “Fənərbağça” 85 xalla lider “Qalatasaray”dan iki xal geri qalır.

Seçilən
154
Mənbələr
Şərh ()
Bağla