AZ

Avropa İttifaqı (Aİ) ölkələri İsrailə hücuma görə İranı cəzlandıracaqlar

Brüsseldə keçirilən sammitdən sonra Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəklərini açıqlayıblar.

Aİ-nin bəyanatına görə, məhdudiyyətlərin əksəriyyəti pilotsuz təyyarələrin və raketlərin istehsalına təsir edəcək: “Avropa İttifaqı İrana qarşı, xüsusilə pilotsuz təyyarələr və raketlərlə bağlı əlavə məhdudlaşdırıcı tədbirlər görəcək. Avropa İttifaqı regionda gərginliyin azaldılması və təhlükəsizliyin təşviqinə tam sadiqdir”.

Editor.az xəbər verir ki, bu barədə Aİ liderlərinin birgə bəyanatında deyilir. Avropa Parlamentinin rəhbəri Roberta Metsola Avropa liderləri qarşısında çıxışında İranın raket və dron proqramlarına qarşı sanksiyaların genişləndirilməsinə çağırıb. Bundan əlavə, o, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Avropanın terror təşkilatları siyahısına daxil edilməsinin tərəfdarı olduğunu bildirib.

Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin sözlərinə görə, SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək üçün məhkəmə təşkilatın terror aktı törətdiyini müəyyən etməlidir, lakin “bu, hələ ki, belə deyil”.

//Samir Qurbanov, Editor.az

Seçilən
170
2
Mənbələr
Şərh ()
Bağla