AZ

Disney dünyası şam işığında. Mystery Ensemble

Bakının mərkəzində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında bahar konserti keçiriləcək aprel ayının 20-də saat 20:00-da. Saysız yanan şamların romantik parıltısı ilə cizgi filmlərin tarixinə qərq olun.Bakının ən çox sevilən ansambllarından biri olan Mystery Ensemble sizi, Disney studiyasindan olan dünya animasiya hitlərinin sehirli dünyası boyunca parlaq, təkrarolunmaz, maraqlı musiqi səyahətinə dəvət edir.  Konsertin idarə və təşkilat agentliyi RED EVENTS & Distribution ltd

Bu başgicəlləndirici proqramda  sizi ən sevdiyiniz cizgi filmlərindən: "Aslan Kral", "Gözəl və Bədheybət", "Bembi", "101 dalmatyalı", "Pinokyo", "Yatmış gözəl", "Ağca və yeddi cırtdan" və s.

Böyüklərdə, uşaqlarda maksimum zövq alacaqsız -sözün əsl mənasında sevdiyiniz cizgi filmlərinə qərq olacaqsız və özünüzü cizgi filmlərinin qəhramanı kimi hiss edəceksiniz.

Konsert başlamazdan əvvəl sizi yüzlərcə parıldayan şamlarla dolu salonun interyerini seyr etməyə dəvət edirik. Gözünüzü gəzdirin,inanılmaz bir atmosferə qərq olun.

Şam işığında konsertlərimiz Bakının ən qeyri- adi, atmosferi sehrlə dolduran kosertlərdəndir. Biz sizə canlı musiqinin multisensor qavrayışının unikal təcrübəsini teqdim edirik. Musiqini eyni zamanda bütün duyğularinizla hiss edin.

Bu möhtəşəm konsert mükəmməl bir hədiyyə ola bilər sizin yaxinlarınız üçün,tanışlarınız, kolleqalarınız və əlbəttə ki özünüz üçün. Canlı xatirələrə və unudulmaz təcrübələrə zəmanət veririk. Sürprizlərə hazır olun və biletləri əldə etməyə tələsin.

Sehirli dünyanın biliciləri üçün  və həyacan sevənlər üçün ən yaxşı konsert olacaq.

Musiqiyi qəlbinizə axıtmağın və bu inanılmaz macərayı Mystery Ensemble-ilə birlikdə yaşamağın vaxtı gəldi.Biletlər azdır!Butun ailə üçün ən yaxşı cizgi filmlərinin musiqisinə bilet almağa tələsin. Sizinlə görüşmək ümidi ilə!

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla