AZ

MBA-da daha bir cütlük məlum oldu

MBA-da pley-in mərhələsinin daha iki oyunu keçirilib. Şərq konfransında 7-ci yeri tutan “Filadelfiya Siksers” evdə “Mayami Hits”i qəbul edib.

Oyun gözlənildiyi kimi çox gərgin alınıb. Meydan sahibləri bir xal fərqlə qalib gəliblər – 105:104. Filadelfiya komandasının lideri Coel Embiid 23 xal toplayıb. Bu qələbə sayəsində “Siksers” pley-offa yüksəlib. Komandanın ilk mərhələdə rəqibi “Nyu-York Niks” olacaq.

Digər görüşdə “Çikaqo Buls” “Atlanta Houks”u qəbul edib. Çikaqolular 131:116 hesabı ilə qələbə qazanıblar. Kobi Vayt 42 xalla qələbədə böyük rol oynayıb. Demar Derozanın aktivində 22 xal var. Bu məğlubiyyət “Atlanta Houks” üçün son oyun olub. Pley-offun son vəsiqəsi uğrunda görüşdə “Mayami Hits”lə “Çikaqo Buls” qarşılaşacaq. Qalib “Boston Seltiks”ə rəqib olacaq.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla