AZ

Rusiyanın xeyrinə casusluq edən iki alman saxlanıldı

Bavariyada iki nəfər Rusiyaya casusluq etməkdə və təxribat hazırlamaqda şübhəli bilinərək saxlanılıb. Onların Amerika bazalarını izlədikləri və hərbi nəqliyyat marşrutlarına hücumlar planlaşdırdıqları iddia edilir.

Herbiand.az xəbər verir ki, bu barədə Almaniya  prokurorluqdakı mənbələr “Der Spiegel”ə bildiriblər.

Saxlanılanlar rusiyalı almanlardır - 39 yaşlı Diter S. və 37 yaşlı Aleksandr J. İddialara görə, Diter S. 2023-cü ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən işə götürülüb. 2014-2016-cı illərdə DXR tərəfində döyüşlərdə iştirak edib.

Dieter. S-nin hərbi infrastrukturda, müdafiə zavodlarında və sənaye obyektlərində yandırma və partlayışlar törətməyə razı olduğu iddia edilir. Jurnal yazır ki, o, ABŞ-ın Almaniyadakı hərbi obyektlərini araşdırıb, fotoşəkillərini çəkib və fotoşəkilləri Rusiya tərəfinə verib. Söhbət digər məsələlərlə yanaşı, Ukrayna tankçılarının təlim keçdiyi Qrafenvuerdəki bazadan gedir. Ehtimal olunur ki, diversantların hədəfi hərbi yüklərin daşınması üçün nəqliyyat marşrutları olub.

Herbiand.az

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla