AZ

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

Eşqi

Bakı, 18 aprel, AZƏRTAC

İşğaldan azad edilən ərazilərdə təhsil infrastrukturu qurulur.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2 məktəbəqədər təhsil müəssisəsi, 3 müəllim fəaliyyət göstərir. Həmin təhsil müəssisələrində 30 nəfər təhsil alır.

“Hazırda işğaldan azad olunmuş ərazilərdə 3 məktəbəqədər təhsil müəssisəsinin təmir-tikintisi davam edir. Eyni zamanda, 4 məktəbəqədər təhsil müəssisəsinin təmir-tikintisinə başlanılacaq.

Həmçinin, işğaldan azad olunmuş ərazilərdə 5 ümumi təhsil müəssisəsində 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır. Həmin ərazilərdə 13 ümumi təhsil müəssisəsinin təmir-tikintisi davam edir, 2 ümumi təhsil müəssisəsinin tikintisi yekunlaşıb. 6 ümumi təhsil müəssisəsinin təmir-tikintisinə başlanılacaq”, - deyə Eşqi Bağırov bildirib.

Seçilən
116
23
Mənbələr
Şərh ()
Bağla