AZ

Azərbaycanla sərhəddə kritik dəyişiklik – Zaxarova xəbərdarlıq etmişdi

Avropa Birliyinin (AB) Ermənistanda Azərbaycanla sərhəddə yerləşən “mülki missiya”sı NATO strukturuna çevrilir.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Missiya rəsmi olaraq “mülki” kimi təqdim edilsə də, indi Kanadadan olan hərbi mütəxəssisin ora qoşulması formatın dəyişdiyini göstərir. Çünki Kanada NATO-nun hərbi-siyasi blokunu təmsil edir. Belə bir dəyişikliyin olacağı və AB-nin Ermənistandakı müşahidə missiyasının sonda NATO missiyasına çevriləcəyi faktı heç kimə sirr deyildi. Rusiya bütün bunları xüsusilə yaxşı bilirdi”, - politoloq vurğulayıb.

Tarasovun sözlərinə görə, bu barədə bir neçə həftə əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlaması təsadüfi deyildi.

Rusiyalı analitik onu da iddia edir ki, məsələ NATO baş katibi Yens Stoltenberqin İrəvana səfəri zamanı razılaşdırılıb.

Tarasovun fikrincə, Kanada NATO-dan bu missiyaya qoşulacaq yeganə ölkə olmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla