AZ

Radiatora su tökmək olarmı?- FOTO

Bu gün antifrizə su qatmaq, yay vaxtı soyutma sistemini su ilə işlətməyin “zəruri olduğunu” düşünən sürüclər hələ də tapılır. Bunun səbəbi isə antifrizin funksiyasını bilməməkdir.  

Əslində su ən təbii və ekoloji zərəri olmayan soyuducudur. O həm ucuz, həm də əlçatandır, qəza vaxtı ətraf mühitə zərəri yoxdur. Lakin...
Avtomobilin mühərriki uzun müddət su ilə işlədikdə kirəclənmə yaranadığı üçün soyutma sisteminin işi pozulur, detallarda korroziya sürətlənir. Ən əsası, müasir avtomobillərdə mühərrikin işçi temperaturu çox vaxt suyun qaynama temperaturunu aşdığı üçün “motor qaynadır”. Üstəgəl, suyun istilik tutumu böyük olduğundan gec qızır və gec soyuyur. Nəticədə yanacaq sərfiyyatı da artır. Buna görə də ən səmərəli üsul antifrizdir. 
Bəs antifrizə su qatmaq olarmı? Cavab birmənalı olaraq mənfidir. Sovet sürücüləri kimi antifrizi su ilə durulaşdırmaq yolverilməzdir. Suyun tərkibindəki minerallar antifrizin keyfiyyətini və qaynama temperaturunu aşağı salır. İndiki antifrizlər bazara hazır şəkildə təqdim edilir. 
Lakin avtomobilin radiatorunda su qismən azalarsa, bu təbii prosesdir. 2-3 ayda bir dəfə 100-200 qram su əlavə edilməklə heç bir problem yaranmır. Bunun üçün ustaya müraciət etməyə də lüzum yoxdur. Bir şərtlə ki, təmiz, distillə olunmuş su istifadə edilsin. 
Soyutma sistemindəki maye 50-60 min kilometrdən sonra dəyişdirilməlidir. Bu zaman sistemi yumaq üçün ən əlverişli vasitə elə sudur. Bu məqsədlə avtomobili bir neçə dəqiqə su ilə sürmək problem yaratmır. Bir şərtlə ki, avtomobil çox isti havada uzun müddət tıxacda qalmasın.

Vüqar

 

FOTO QALEREYA
Seçilən
29
Mənbələr
Şərh ()
Bağla