AZ

"Qərb Qafqazda böyük yanğın törtəmək istəyir" - Rusiya XİN

"Görünən odur ki, Vaşinqton və Brüssel Ermənistanla Rusiya arasında həm təhlükəsizlik, həm də iqtisadi sahədə bütün əlaqələri məhv etməyi, KTMT və Aİİ əsasında regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini sarsıtmağı qarşılarına məqsəd qoyublar. Qərblilər, anladığımız kimi, ən yaxın qonşuları olan Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə arasında nifaq salmağa çalışırlar".

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, qeyd edib ki, qərblilər Cənubi Qafqazda sülhün qayğısına qalmaq haqqında nə qədər gözəl sözlər desələr də, Ermənistana ancaq ABŞ və Aİ-nin yeni böyük yanğınını alovlandırmaq rolu verilir:

"Birləşmiş Ştatlar və kollektiv Qərb bunu etməyi öyrənib. Onlar barışdırmağı, münaqişələri çözməyi, qan tökülməsini necə dayandırmağı bacarmırlar. Onlar ancaq qızışdırmağı, zəhərləməyi və dağıtmağı bilirlər".

Zaxarova qeyd edib ki, Qərbin addımlarının Ermənistanın müdafiə qabiliyyətini gücləndirəcəyinə, sərhəd təhlükəsizliyini artıracağına və iqtisadi rifahını təmin edəcəyinə inanmaq sadəlövhlükdür:

"Əksinə, Ermənistanı milli olan hər şeydən: milli müdafiədən, milli iqtisadiyyatdan, milli enerjidən məhrum etmək, bunun müqabilində ona yerinə yetirilməsi mümkünsüz olan yol xəritələri, kağız planlar və sonsuz demaqogiya vermək istəyirlər. Öz konyuktur məsələlərini həll etdikdən sonra isə dünyanın müxtəlif yerlərində dəfələrlə etdikləri kimi, Ermənistanı da atacaqlar".

Zaur
BakuPost
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla