AZ

İşə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Mingəçevirdə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Xoşbəxt Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Güləndam Quliyevanın icraatına verilib. Məhkəməin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, paytaxt sakini Xöşbəxt Quliyev zərərçəkənləri müxtəlif dövlət qurumlarında işlə təmin etmək, sosial yardım düzəltmək və digər vədlərlə aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirlir. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla