AZ

Tıxac yaradan yük maşını sürücünü əsəbiləşdirdi: “Cəhənnəmə sür ”- VİDEO

Paytaxtda dayanma-durma qaydasını pozan sürücü sıxlığa səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 5-i saat 15:28 radələrində qeydə alınıb. Belə ki, “Isuzu” markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayıb. Nəticədə o, hərəkətdə olan digər avtomobillərə əngəl törədib. Dar yolda hərəkəti məhdudlaşan sürücülər məcbur qalaraq əks zolağa keçiblər. Bu zaman həmin zolaqdakı maşınlar dayanaraq digər nəqliyyat vasitələrinə yol veriblər. Sürücülərdən biri yaranmış vəziyyətlə əlaqədar qayda pozan şəxsə “sənə görə tıxac yaranır. Get o biri tərəfdə saxla” deyərək iradını bildirib. Yük maşınının sürücüsü isə “Gedə bilmirəm o tərəfə” - deyə, cavab verib. Bu zaman əsəbiləşən sürücü “cəhənnəmə sür” deyərək ərazidən uzaqlaşıb.

Nərmin

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla