AZ

Natiq Cəfərli: "Sevinc Osmanqızı kimi qəribə ikinci adam çətin tapılar, üzr istəmək əvəzinə..."

Sevinc Osmanqızı kimi qəribə (çox yumşaq ifadə axtardım) ikinci adam çətin tapılar. İllərdir bizə, REAL-a qarşı mübarizə apardı, biz seçkiyə çağırdıqca, o boykotçuların ruporu oldu, sonra səhv etdiyini anlayıb boykotçuların üzərinə getdi, seçkilərin vacibliyindən danışdı, amma bircə dəfə də bizə qarşı qarayaxma kampaniyasına, sifarişlə üzərimizə gəldiyinə görə üzr istəmədi. Sonra sentyabr 2023-cü ilə qədər həmin o boykotçularla səs-səsə verib, “Rusiya bizi işğal etdi, Qarabağı bizə rus verdi, Azərbaycan Rusiyanın forpostu oldu”, kimi absurd iddialarla çıxış etməyə, “hanı Xənkəndi-Xocavənd-Xocalı”, vay-şüvəninə qoşuldu, yenə azğı yandı, amma üzr istəmədi. Sonra isə həmin dəstə ilə birgə, “rus burdan heç vaxt çıxmayacaq”, deyərək dizinə döyməyə başladı. Dünən canlı yayım açıb üzr istəməkdən, səhv etdiyini etiraf etməkdənsə, müstəsnə həyasızlıqla Türkiyə-Rusiya monitornq qrupunun da işini dayandırmasını neqativ bir hadisə kimi təqdim etməyə çalışdı. Guya Türkiyənin qeydinə qalırdı, öz aləmində Türkiyə ilə münasibətlərinə kölgə salmağa çalışdı. Adam bilmirmi ki, Türkiyə ordusu çoxdan burdadır, guya eşitməyibmi ki, Türkiyə ilə birgə hərbi təlim-tədris mərkəzləri yaradılıb?! Bilir, yaxşı bilir, amma ən yaxşı bildiyi həyasızlığı edir. 

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyasının funksioneri Natiq Cəfərli bildirib.

 

"İlham Əliyev azı 4-5 dəfə açıq mətnlə bildirib ki, Azərbaycan Ordusu qardaş Türkiyə Ordusu standartları ilə qurulur, hətta faktiki Ordularımızın və təhlükəsizlik sistemimizin inteqrasiyası baş verib. Bunu görməmək artıq cığallıq deyil, sadəcə axmaqlıqdır. Çin fəlsəfəsi böyük fəlsəfədir – deyir ki, düşməninizin ölümünü istəyirsinizsə və siz tam haqlısınızsa, heç nə etməyin, çayın qırağında oturun-gözləyin, günün birində çay sizin düşməninizi qarşınızından axıdacaq. Gözəl sözlərdir, illərdir bizə qarşı haqsız olaraq yalan, qarayaxma aparanların böyük əksəriyyəti “siyasi meyit” olaraq qarşımızdan axıb-keçib tarixin arxivinə gömüldülər..." - o qeyd edib.

Tarix: 18 Aprel 2024, 18:37   
Seçilən
74
2
Mənbələr
Şərh ()
Bağla