AZ

Polşada Zelenskiyə sui-qəsd planı - Rusiya casusu tutuldu

Polşada Ukrayna prezidenti Vladimir Zelenskiyə sui-qəsd hazırlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti bildirib.

Məlumata görə, sui-qəsdçinin planı Polşanın Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq və Rusiyaya ötürmək olub. Ehtimal olunur ki, Polşaya səfəri zamanı burada Ukrayna liderinə sui-qəsd edilməli idi.

Polşa prokurorluğu yerli sakinə qarşı xarici kəşfiyyat xidmətinin xeyrinə hərəkət etmək ittihamı irəli sürüb. Onu 6 aydan 8 ilə qədər həbs gözləyir.

Zaur, BakuPost
Seçilən
79
Mənbələr
Şərh ()
Bağla