AZ

Qafqaz və Mərkəzi Asiya ölkələri son illərin şoklarına tab gətirdilər -BVF-nin departament direktoru

Vaşınqton. Trend:

Qafqaz və Mərkəzi Asiya ölkələri son bir neçə ilin şoklarına tabgətirə və sağlam inkişaf səviyyəsini qoruyub saxlaya biliblər.

Bunu bu gün Vaşinqtonda keçirilən BVF-nin yaz iclaslarındabrifinq zamanı Trend-in sualını cavablandıran BVF-nin Yaxın Şərq vəMərkəzi Asiya departamentinin direktoru Cihad Azur deyib.

"Qafqaz və Mərkəzi Asiya regionundakı ölkələr qlobaliqtisadiyyatın üzləşdiyi müxtəlif dəyişikliklərə, o cümlədəngeoiqtisadi parçalanmaya və ticarət yollarında dəyişikliklərə fəalşəkildə uyğunlaşırlar. Onlar buna həm ölkələr, həm də kollektivşəkildə reaksiya veriblər", - deyə o bildirib.

C.Azur qeyd edib ki, Ukraynada müharibə başlayandan bəri Qafqazvə Mərkəzi Asiya ölkələri də enerji resurslarına məhdud çıxışınnəticələrinin yumşaldılmasına dəstək verib:

"Enerji təchizatı ilə bağlı heç bir problem gözləmirik. Təbiiki, bu təhlükəsizlik hadisələri və ya geosiyasi hadisələr başverəndə biz bazarlarda müəyyən səviyyədə volatillik, müəyyənhallarda müəyyən gərginlik görürük, lakin ümumilikdə bazar mövcudçatışmazlıqları ödəmək üçün tədarüklərin tənzimlənməsi və təminedilməsində effektiv olduğunu sübut etdi".

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq ValyutaFondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinəbaşlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 apreltarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərindəkeçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-MaliyyəKomitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ vəBVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə vəinkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaşcəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir arayagələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünyaiqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılmasıvə iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

Seçilən
73
1
Mənbələr
Şərh ()
Bağla