AZ

IFAB futbolda bu qaydaya yenidən baxmağı planlaşdırır

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qapıçıların topu oyuna daxil etməsi ilə bağlı futbol qaydasına yenidən baxmağı planlaşdırır.

Arena.az bu barədə ESPN portalına istinadən məlumat verir.

Belə ki, hazırda, əgər qapıçı topu oyuna daxil etməyi 6 saniyədən çox gecikdirərsə, onun komandası qapıçının dayandığı yerdən dolayı cərimə zərbəsi ilə cəzalandırılır.

Mənbənin məlumatına görə, IFAB bu qaydanı dəyişmək istəyir: vaxt 8 saniyəyə qədər artırılacaq və cərimə zərbəsi əvəzinə, topusuz qalmış komanda qaydanın pozulduğu yerə yaxın yerdən ya künc zərbəsi qazanacaq, ya da topu yan xətdən oyuna daxil edəcək.

IFAB mövqeyini belə izah edir ki, hakimlər “6 saniyə qaydası”nı tətbiq etməkdən çəkinirlər. Çünki müvafiq cərimə zərbəsi böyük üstünlükdür, belə ki, qolun vurulma ehtimalı yüksəkdir. Halbuki rəqib komandanın cərimə zərbəsinə qədər qayda pozuntusu halında qol vurmaq imkanı adətən bu qədər yüksək olmur.

Yeni qayda növbəti mövsümdə ölkə çempionatının ilk iki səviyyəsindən olan komandaların iştirak etmədiyi yarışlarda sınaqdan keçiriləcək. Sınaq beynəlxalq yarışlar çərçivəsində baş tutan milli komandaların rəsmi oyunlarına da təsir etməyəcək. Bir yarış çərçivəsində iki cərimə qaydasından yalnız biri sınaqdan keçirilə bilər.

Bildirilir ki, sınaq uğurlu olarsa, bunun 2026/2027 mövsümündən geniş tətbiqinə başlanıla bilər.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla