AZ

Rusiya Ermənistandan cavab gözləyir:


“Moskva ABŞ və Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında hərbi-siyasi razılaşmaların olduğu haqqında mətbuatda dərc edilən məlumatlara İrəvandan cavab, yaxud təkzib gözləyir”.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, ABŞ və Aİ-nin Ermənistanla Rusiya arasındakı əlaqələri məhv etmək istədiyini deyib:

“Görünür, Brüssel və Vaşinqton Ermənistanla Rusiya arasında həm təhlükəsizlik, həm də iqtisadi sahədə münasibətlərin bütün potensialını məhv etməyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttiqafı (Aİİ) ilə tərəfdaşlıq mexanizmlərini sarsıtmağı qarşıya məqsəd qoyublar. Əvvəllər İrəvan bizi açıq şəkildə əmin edirdi ki, Qərb ölkələri ilə əməkdaşlıq üçüncü bir dövlətə qarşı yönəlməyib. Bütün bunları nəzərə alaraq biz Ermənistan hakimiyyətindən məsələyə aydınlıq gətirilməsini gözləyirik”.

Zaxarova vurğulayıb ki, Qərbin tədbirlərinin Ermənistanın müdafiə qabiliyyətini hansısa yolla gücləndirəcəyini, sərhəd təhlükəsizliyini və iqtisadi rifahını artıracağını düşünmək sadəlövhlükdür.

Qeyd edək ki, aprelin 5-də Brüsseldə keçirilən görüşdə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında hərbi-siyasi razılaşmaların əldə olunduğuna dair məlumatlar yayılıb.


Seçilən
76
Mənbələr
Şərh ()
Bağla