AZ

“Yaxşı atayam, amma ideal həyat yoldaşı deyiləm”

Aktyor Hikmət Rəhimov açıqlamalarıyla diqqət çəkib.

OLAY yazır ki, o, yaxşı ata olduğunu, amma ideal həyat yoldaşı olmadığını deyib. Bu barədə Rəhimov “Qız kimi” yutub layihəsində danışıb.

“Mən yaxşı atayam. Mənim valideynlərim işləyirdilər deyə, səhər gedib axşam gəlirdilər. Biz o qədər də valideynlə ünsiyyətdə olmurduq. Mənim elə bir iş qrafikim yoxdur ki, səhər 9-da gedim, axşam 6-da gəlim. Həm mən, həm həyat yoldaşım uşaqlarla xeyli vaxt keçirə bilirik. Uşaqlarımla dostam, təbii ki, hərdən acıqlanıram. Amma düşünürəm ki, övladlarıma qarşı olan istiliyi, mən valideynlərimdən görməmişəm. Görmədiyim üçün bunu uşaqlarıma yaşatmaq istəyirəm. Həyat yoldaşı kimi, ideal həyat yoldaşıyam deyim, yalan demiş olaram. Aramızda bir-birimizə qarşı çox böyük hörmət var. O, mənim üçün dəyərlidir, çünki övladlarımın anasıdır. Çox keyfiyyətli xarakteri var, çox savadlıdır. Bu mənə çox xoş təsir edir, çünki savadını övladlarımıza ötürə bilir. Uşaqların təhsil məsələsiylə o məşğul olur”, - deyə, H. Rəhimov söyləyib.

Qeyd edək ki, aktyorun bir qız və bir oğlan övladı var.

Seçilən
149
2
Mənbələr
Şərh ()
Bağla