Siyasət
ABŞ Fələstinin BMT-yə tam üzvlüyünə “yox” deyəcək
ABŞ Fələstinin BMT-yə tam üzvlüyünə “yox” deyəcək.
Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel gündəlik mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ BMT Təhlükəsizlik Şurasında Fələstinin üzvlük məsələsinin müzakirəsini məqbul saymır: "Bu səbəbdən, ABŞ BMT Təhlükəsizlik Şurasında qanun layihəsinə "xeyr" səsi verəcək. İnanırıq ki, Fələstinin dövlətçiliyinin ən sürətli yolu ABŞ-ın dəstəyi ilə İsrail və Fələstin rəhbərliyi arasında birbaşa danışıqlardır".
Xatırladaq ki, Əlcəzair Fələstinin BMT-yə tamhüquqlu üzv olması barədə BMT-yə layihə təqdim edib.
E.ARAZ
Reyting.az