AZ

Bu həyat tərzi infarkt və şəkər xəstəliyi yarada bilər

“Oturaq həyat tərzi qadınlarda və kişilərdə spesifik piylənmə növləri yaradır, həmçinin ciddi sağlamlıq problemlərinə səbəb olur”.

KONKRET.az xəbər verir ki, bu barədə dietoloq, reabilitasiya mütəxəssisi, idman həkimi Olqa Perevalova danışıb.

“Oturaq həyat tərzi keçirən qadınlarda xüsusi bir piylənmə növü yarana bilər. Omba və bud silsilələri böyüdükdə selülit görünür. Belə davam etdiyi təqdirdə ayaq damarlarında varikoz genişlənməsi və şişkinlik riski yüksəlir”, – həkim Sputnik radiosuna müsahibəsində deyir.

Perevalova qeyd edib ki, kişilərdə daha çox qarın nahiyəsində visseral piylər yığılır. Bu, ürək-damar xəstəliklərinə, insulin müqavimətinə və diabetə səbəb ola bilər.

Bununla mübarizə aparmaq üçün pəhriz və gəzinti, velosiped sürmə, səhər qaçışı, qarın hərəkətləri və kreslo aerobikası kimi məşqlər tövsiyə edilir. Onlar sağlamlıq problemlərinin qarşısını almağa kömək edəcək.

Diyetoloq Anjelika Duval isə bildirmişdi ki, effektiv arıqlamaq üçün ən azı 23:00-dan etibarən səkkiz saat yatmaq vacibdir. Onun sözlərinə görə, arıqlama prosesləri məhz yuxu zamanı başlayır.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
175
Mənbələr
Şərh ()
Bağla