AZ

Norat Ter-Qriqoryants: “Rusiya Qarabağın ələ keçirilməsində Azərbaycana kömək etdi”

“Ermənistan cəmiyyəti Rusiyadan narazılığını bildirir və bu da haqlıdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-leytenant Norat Ter-Qriqoryants bildirib.

“44 günlük müharibə başa çatanda Qarabağda 2000-ə yaxın sülhməramlıdan ibarət motoatıcı briqada yerləşdirilmişdi. Onlar atışmanın qarşısını almalı idilər.

Əvəzində Azərbaycan əvvəlcə Laçın dəhlizini ələ keçirdi, sonra isə qondarma əməliyyat keçirdi. Qarabağ erməniləri elə bilirdilər ki, ruslar orada dayanıb, hər şeyi tutacaqlar. Amma Rusiya heç bir tədbir görmədi və hətta bütün bunlara öz töhfəsini verdi. Mən bunu yaxşı bilirəm.

Ona görə də ermənilər Rusiyaya münasibətini dəyişərək regiona Qərbi dəvət etdilər”, – general qeyd edib.

Natiq Səlim,

KONKRET.az

Seçilən
168
Mənbələr
Şərh ()
Bağla