AZ

İsrailin MESAJI: “İranın nüvə obyektləri hədəf olmayacaq”

“İsrail Müdafiə Qüvvələri (IDF) İranın nüvə obyektlərinə hücum etmək niyyətində deyil”.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kanalın materialında deyilir: “İsrail İrandakı nüvə obyektlərinə hücum etməyəcək”. CNN ABŞ rəsmisinə istinadən xəbər verir.

Qeyd edək ki, aprelin 14-nə keçən gecə İran, Suriya və Livan İsrailə raket və pilotsuz təyyarələrlə hücum edib. Bundan sonra Təl-Əviv Tehrana cavab planlaşdırmağa başlayıb. Lakin ABŞ yəhudi dövlətini bu cür hərəkətlərdən çəkindirib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
138
Mənbələr
Şərh ()
Bağla