AZ

Ağdərə yolunun inşasına başlanıldı (FOTO)

Bakı. Trend:

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil YollarıDövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dənayrılan və 33.5 km uzunluğa malik Ağdərə-Ağdam avtomobil yolununhərəkət hissəsinin eni 9 metrdir. Torpaq yatağının eni 15 metrtəşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğunolaraq inşa edilir.

Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür.Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntunçıxarılması və əvəzində yararlı material verilərək normativhündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınmasıişləri həyata keçirilir.

Yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etməkməqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı sukeçidlərinin tikintisi aparılır. Bundan başqa, layihə üzrə Ağdamərazisində Xaçınçay çayı üzərində 5 aşırımlı körpü də inşa edilir.Hazırda körpü dayaqlarının tikintisi icra olunur.

“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan AvtomobilYolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyatakeçirilən layihənin icrası tərtib olunmuş qrafikə uyğun vətexnoloji ardıcıllığa riayət olunmaqla aparılır.

Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımisayda işçi qüvvəsi və texnika cəlb olunub.

Ağdərə-Ağdam avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonları ərazisində icra olunan və işğaldan azad edilmişərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yolinfrastrukturu layihələrindən biri sayılır.

Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Seçilən
76
49
Mənbələr
Şərh ()
Bağla