AZ

Avstraliya XİN: İsraili tərk edin

Avstraliya Xarici İşlər Nazirliyi İsrailin İrana zərbə endirməsi xəbərindən sonra vətəndaşlarına mümkünsə İsraili və Fələstin ərazilərini tərk etməyi tövsiyə edib.

Yenisabah.az xəbər verir ki, nazirlik “İsrailə qarşı və İsrailin bölgədəki maraqlarına qarşı ciddi hərbi qisas və terror hücumları təhlükəsi” olduğunu bildirib.

"Vəziyyət sürətlə pisləşə bilər", - deyə XİN-in bildirişdə deyilir.

İsrailə yenicə səyahət etməyi planlaşdıran avstraliyalılara planlarını yenidən nəzərdən keçirmələri tövsiyə olunur.


Telegram kanalımız
Seçilən
65
Mənbələr
Şərh ()
Bağla