AZ

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində azyaşlıların infeksion xəstəlik səbəbilə daşınma prosesi uğurla həyata keçirilib

18.04.2024-cü il tarixində saat 08:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində azyaşlı xəstələrin infeksion xəstəlik səbəbilə daşınma prosesi uğurla həyata keçirilib.
 
Bu məlumat Aztibb.az-a Mərkəzdən verilib.
 
Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası göndərilib.
 
Təcili tibbi yardım briqadası tərəfindən azyaşlı xəstələr müayinə olunub və onlara zəruri tibbi xidmət göstərilib.
Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla