AZ

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı qətnamə layihəsinə veto qoyub

Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasında Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı qətnamə layihəsinə veto qoyub.

Editor.az bildirir ki, bu barədə “Reuters” məlumat verib. Layihə Əlcəzair tərəfindən təqdim edilmişdir. Rusiya və Çin də daxil olmaqla Təhlükəsizlik Şurasının 12 üzvü layihənin lehinə səs verib. İsveçrə və Böyük Britaniya bitərəf qalıb.

ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vuddan deyib ki, “Birləşmiş Ştatlar iki dövlətli həlli güclü şəkildə dəstəkləməkdə davam edir. Bu səsvermə Fələstin dövlətçiliyinə etirazı əks etdirmir, əksinə, bunun yalnız tərəflər arasında birbaşa danışıqlar yolu ilə əldə ediləcəyinin etirafıdır”.

//Samir Qurbanov, Editor.az

Seçilən
97
7
Mənbələr
Şərh ()
Bağla