AZ

Bu bürclərə qarşı əsla səhv etməyin! –  Adamı peşman edirlər..

Elə insanlar var ki, qarşısındakı şəxsə heç vaxt ikinci şans vermir. Belə adamların xarakterində “bağışlamaq” anlayışı yoxdur. Astroloq bu məsələnin onların bürclərindən irəli gəldiyini bildirir. 

Yenisabah.az ən qəddar bürcləri təqdim edir: 

ƏQRƏB 

Bu sırada şübhəsiz birinci olan bürc Əqrəbdir. Onlar heç nəyi unutmur və heç kimə anlayış göstərmirlər. Əqrəblərin xarakteri intiqamçı bir ruhdan ibarətdir. Bu səbəbdən həmin bürcə aid insanlarla ehtiyatlı davranmaq lazımdır. Əqrəbə yalan danışsanız, sözlərinizdə və ya hərəkətlərinizdə ən kiçik bir aldatma ortaya çıxsa, onlar bir ömür sizə düşmən olub kin saxlayacaqlar. Əqrəb bürcləri axmaq kimi görünməyi sevmirlər, üstünlüyü əldə etmək  üçün ən yaxşı münasibətləri belə təxrib etməkdən qorxmurlar. Buna görə də, Əqrəb bürcü dostunuz varsa, onları yaxşı tərəfdə saxlamaq yaxşıdır. 

XƏRÇƏNG 

Ən amansız və bağışlamaz bürclərdən biri sayılan Xərçəngi ay idarə edir, bu da onları son dərəcə həssas və hədsiz emosional birinə çevirir. Sadalanan xüsusiyyətlərin yanında kin və qəzəb də var. Xərçənglər kimisə bağışlasalar belə, təhqiri və ya mübahisəni heç vaxt unutmurlar. Hətta illər sonra, onların hisslərini necə incitdiyinizi sizə xatırladacaqlar. 

QOÇ

Qoç həm özünə, həm də dəyər verdiyi insanlara qarşı kin saxlaya bilər. Qoç bürcünün sevdiyi birini incitsən, səni asanlıqla bağışlamaz. Bu bürcdən olan insana zərər versəniz, dərhal müdafiəyə qalxırlar. Buna görə də, yəqin ki, səhvinizdən nəticə çıxardığınızı və bunun bir daha təkrarlanmasına imkan verməyəcəyinizi sübut etmək üçün çox çalışmalı olacaqsınız. Bu meyllər atəş bürcünün həssas mənliyindən və qoruyucu ruhundan irəli gəlir. 

DOLÇA 

Dolçanın ən qəddar bürclərdən sayılması qəribə deyil. Astrologiyanın ağıllı bürclərindən biri olan Dolçanın vəfasız dostlara və ya kobud şərhlərə vaxtı yoxdur. Dolça sizi bağışlamaqdansa, sizi görməməzliyə vurub, vecinə almamağı üstün tutur. Bu, bağışlamayan bir xüsusiyyətdən çox, həssaslıq və qarşıdurma istəməməkdən qaynaqlanır. Bəzən zaman və məkan Dolça bürcünün yaralarını sağaldır. Bu baş verdikdə, onlar yenidən ortaya çıxa və heç nə olmamış kimi davrana bilərlər. Onlara qarşı ikinci dəfə səhv etsəniz, əbədi olaraq gedəcəklərini görəcəksiniz. 

Aytac Şahin 


Telegram kanalımız
Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla