AZ

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

Vüqar

Bakı, 19 aprel, AZƏRTAC

2023-cü ildə həyata keçirilmiş nəzarət tədbirləri üzrə audit obyektləri tərəfindən təqdim olunmuş məlumatların təhlili göstərir ki, obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

O bildirib ki, Hesablama Palatasına təqdim olunan məlumatlara əsasən intizam məsuliyyətinə cəlb olunan əməkdaşların sayı 80 ətrafında olub və biz bunu qənaətbəxş hesab etmirik. Belə ki, nöqsanlara yol vermiş şəxslər üzrə 9 audit obyekti tərəfindən görülən tədbirləri məqbul hesab etmək mümkün olsa da, dövlət büdcəsinə zərər hesablanmış və aidiyyəti istiqamətdə zərərin ödənilməsini təmin etmiş 15 audit obyekti tərəfindən əməkdaşlar demək olar ki, intizam məsuliyyətinə belə cəlb olunmayıb.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla