AZ

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

“Sony”

Bakı, 19 aprel, AZƏRTAC

“Sony Pictures” şirkətinin rəhbəri Toni Vinçikerra da daxil olmaqla, “Sony” korporasiyasının rəhbərləri “Apollo Global Management” şirkəti ilə “Paramount Global” əyləncə kompaniyasının satın alınması ilə bağlı birgə təklifi müzakirə ediblər. AZƏRTAC bu barədə xarici mediaya istinadla xəbər verir.

“Apollo” əvvəllər “Paramount”u kapital və borc da daxil olmaqla 26 milyard dollara satın almaq təklifi vermişdi, lakin həmin təklifin rədd edildiyi bildirildi. Bununla belə, “Sony” ilə tərəfdaşlıq, çox güman ki, hər hansı pul axını və maliyyə problemlərini aradan qaldıracaq.

Mənbə bildirib ki, hələ də hazırlıq mərhələsində olan rəqabətli təkliflə “Paramount”un dövriyyədə olan bütün səhmləri üçün pul təklif ediləcək və şirkət özəlləşdiriləcək.

“Sony” bu müştərək müəssisədə əksər səhmlərə sahib olacaq və media şirkətini, həmçinin “Star Trek”, “Mission: Impossible” və “Indiana Jones” kimi klassik şedevrlər və “SpongeBob SquarePants” kimi televiziya personajları da daxil olmaqla, film fondunu idarə edəcək.

“Sony Pictures Entertainment” şirkətinin rəhbəri Toni Vinçikerra geniş kino və televiziya təcrübəsi olan media sənayesi veteranıdır və çox güman ki, studiyaya rəhbərlik edəcək, habelə “Sony”nin marketinq və yayım imkanlarından faydalanacaq.

Xaricdə yayım stansiyalarına sahib olmaq üçün məhdudiyyətlər olduğundan, “Apollo” çox güman ki, CBS yayım şəbəkəsinə və onun yerli televiziya stansiyalarına nəzarəti ələ keçirəcək. Mənbə bildirib ki, ana korporasiya - “Sony” şirkətinin baş ofisi Tokioda yerləşir.

Qeyd edək ki, “Sony” və “Apollo” arasında aparılan danışıqlar barədə ilk dəfə “New York Times” nəşri məlumat yayıb.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla