AZ

Elektromobillər enerjinin ucuzlaşmasınasəbəb olur

ABŞ-də elektromobillərin enerji sisteminə təsirini araşdıran 10 illik tədqiqatın nəticələri açıqlanıb. Tədqiqat zamanı məlum olub ki, elektromobil sahibləri enerji istehsalçılarına 10 ildə 3 milyard dollar ödəyiblər. Paralel olaraq avtomobil sahibləri müəyyən qədər vəsaitə də qənaət ediblər. 

Avtosfer.az xəbər verir ki, elektromobillər adətən gecə saatlarında, şəbəkədə yük azaldığı zaman doldurulur. Bu yolla elektrik stansiyalarında güc balansını təmin etmək mümkün olur. Gecə tarifləri aşağı olduğu üçün texnika sahibləri də müəyyən qədər qənaət edə bilirlər. Bu sistemin tətbiqi enerji istehsalçılarının gəliri artdığı üçün onlar yeni texnologiyalara daha çox sərmayə qoya bilirlər. Nəticədə həm elektrikin enerjisinin istehsal dəyəri aşağı düşüb, həm də ekoloji vəziyyəti yaxşılaşdırmaq mümkün olub. Tədqiqat müəlliflərinin qənaətinə görə, doldurulma işi düzgün təşkil olunduğu təqdirdə elektrik şəbəkəsində kəskin yüklənmə yaranmayacaq. Nəticə etibarı ilə mövcud şəbəkədə ciddi yenilənmə zərurəti olmayacaq.

Vüqar

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla