AZ

"AmCham" "İqlim Dəyişmələri üzrə Maraqlı Tərəflərin Dialoqu" çərçivəsində iclas keçirib

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) bu il başladılmış"İqlim Dəyişmələri üzrə Maraqlı Tərəflərin Dialoqu" çərçivəsində buhəftə Bakıda sayca ikinci tədbiri keçirib.

Bu barədə Trend-ə "AmCham"ın nümayəndəsi deyib.

"Bu həftə "AmCham"da "İqlim Dəyişmələri üzrə Maraqlı TərəflərinDialoqu" çərçivəsində Dayanıqlı İnkişaf və Korporativ TəsirKomitəsi və Satınalmalar Komitəsinin birgə iclası keçirilib.Biznesin daha da artması üçün dünyada dayanıqlı təchizat zənciri(yük və xidmətlər) üzrə mövcud olan praktikaları müzakirə etdik", -deyə "AmCham" nümayəndəsi bildirib.

Nümayəndə "İqlim Dəyişmələri üzrə Maraqlı Tərəflərin Dialoqu"nunilk tədbirinin ötən ilin yanvar ayında Bakıda keçirildiyini və"Yaşıl dünya üçün həmrəylik ili və COP29-un Azərbaycandakeçirilməsi" mövzusuna həsr olunduğunu xatırladıb.

2024-cü ilin noyabr ayına qədər "AmCham" "İqlim Dəyişmələri üzrəMaraqlı Tərəflərin Dialoqu" çərçivəsində daha dörd görüşkeçirəcək.

Palatanın bu təşəbbüsü 2024-cü il 11-24 noyabr tarixlərindəBakıda keçiriləcək COP29 konfransına hazırlıq çərçivəsindəAzərbaycanda müəssisələr arasında məlumatlılıq və əməkdaşlığa imkanyaratmaq məqsədi daşıyır.

"AmCham"ın "Dialoq" üzrə növbəti dörd iclası çərçivəsindəaşağıdakı mövzular müzakirə olunacaq: ekoloji cəhətdən təmiz biznesəməliyyatlarında korporativ idarəetmənin rolu, Azərbaycanınqanunvericilik bazası nöqteyi-nəzərindən qeyri-maliyyəhesabatlılığı üzrə qlobal praktikalar, Azərbaycanda ESG proqramı(ekologiya, sosial aspektlər və idarəetmə) proqramı ilə əlaqəlihüquqi normalar, eləcə də əlçatan vergi imtiyazları", - deyə"AmCham" nümayəndəsi əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla