AZ

Regionun lideri: Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülüb

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax WorldAirport Awards 2024” mükafatının iki nominasiyasında qalib gələrəknövbəti dəfə regionun ən yaxşı hava limanlarından biri statusunutəsdiq edib.

Frankfurtda EXPO sərnişin terminalında baş tutan mükafatlandırmamərasimində Bakı aeroportu “Mərkəzi Asiyanın/MDB-nin ən yaxşı havalimanı” adına layiq görülüb. Bundan əlavə, o, ardıcıl üçüncü dəfə“Mərkəzi Asiyanın və MDB-nin ən yaxşı hava limanı işçiləri”nominasiyasında qalib olub.

“Bu, işimizin və mükəmməlliyə sadiqliyimizin gözəl tanınmasıdır.Bizim üçün sadəcə ən yaxşı olmaq deyil, ən yaxşı olaraq qalmaqvacibdir. “Skytrax” tərəfindən iki nüfuzlu mükafat almağımız düzgünistiqamətdə getdiyimizi təsdiqləyir. Bakı hava limanı bundan sonrada beynəlxalq tələblərə və standartlara cavab verən yüksəkkeyfiyyətli xidmətlər göstərməyə davam edəcək”, - deyə “AzərbaycanHava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

“Bakı hava limanı son illərdə “World Airport Awards”da davamlıuğur qazanıb və həm Mərkəzi Asiya/MDB-də ən yaxşı hava limanı, həmdə regionda ən yaxşı hava limanı personalı xidməti nominasiyasındaikiqat tanınması aeroportun son illərin çağırışlarından sonraməmnunluğundan xəbər verir",- deyə "Skytrax" şirkətinin baş icraçıdirektoru Edvard Pleysted vurğulayıb.

Qeyd edək ki, qlobal hava limanı sənayesi üçün keyfiyyətstandartı hesab edilən “World Airport Awards” mükafatı 2023-cüildən 2024-cü ilə qədər 7 ay ərzində 100 ölkədən olan sərnişinlərarasında keçirilən “World Airport Survey” sorğusuna əsaslanır.

Seçilən
42
12
Mənbələr
Şərh ()
Bağla