AZ

Zidan “Bavariya”nı çalışdıracaq

Zinəddin Zidanın “Bavariya”nın yeni baş məşqçisi olma ehtimalı yüksəkdir.

İdmanxeber.az “Mundo Deportivo” nəşrinə əsasən məlumat verir ki, fransalı mütəxəssislə Münhen klubu arasında danışıqlar müsbət gedir.

“Bavariya” sabiq məşqçisi Julian Nagelsmannı yenidən kluba qaytarmaq istəsə də, 36 yaşlı mütəxəssis Almaniya millisiylə müqaviləsini uzadıb.

Zidan məşqçilik karyerası ərzində ancaq “Real”da işləyib. O, “kral klubu”na ardıcıl 3 il Çempionlar Liqasını qazandırıb.

Seçilən
54
29
Mənbələr
Şərh ()
Bağla