AZ

“Sülhməramlı qüvvələrin ölkəni tərk etməsi Azərbaycanın Türkiyə ilə...”- POLİTOLOQ

Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq mövcuddur və bu ildən ilə daha da dərinləşir.

Bu sözləri Herbiand.az-a politoloq Turan Rzayev bildirib.

“İstər hərbi kadrların hazırlanması, istər ortaq döyüş doktrinalarının yaradılması, habelə qarşılıqlı şəkildə təlimlərin keçirilməsi kimi yeni hal deyil. Azərbaycan ildən ilə Türkiyə modelinə keçid eliyir və bu istiqamətdə də mühüm işlər görülür. Ötən illər ərzində Azərbaycanda birdən çox bordobereli qruplar yaradıldı, ciddi islahatlar aparıldı. Bizim Türkiyə zabitləri ilə ortaq əməkdaşlıqlarımız var, hətta bəziləri bu gün Müdafiə Nazirliyində çalışırlar”.

Politoloq qeyd etdi ki, rus sülhməramlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi ilə türk modelinə keçidin əlaqəli olduğunu düşünmürəm:

“Yəni bu, tamam fərqli məsələlərdir. Belə fikir ortaya çıxır ki, sülhməramlılar burada olan zaman biz bunu edə bilmirdik. Sülhməramlıların Azərbaycan ərazisindəki fəaliyyəti, yerləşmə nöqtələri, habelə say tərkibi, silah, texnika sayı, növü, ümumiyyətlə, bütün  məsələlərdən Azərbaycan məlumatlı idi. Bunlar 10 noyabr bəyanatında öz əksini tapıb”.

O qeyd etdi ki, sülhməramlı qüvvələrin ölkəni tərk etməsi Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığın genişlənməsinə töhfə verə bilər:

“Bütün hallarda mümkündür ki, gələcəkdə iki ölkə arasında işğaldan azad edilmiş ərazilərdə Kəlbəcərdə, Laçında, Zəngilanda, Şuşada, Xankəndi və  ətraf ərazilərində ortaq hərbi təlimlər və yaxud da ki, bu ərazilərdə hərbi kursların təşkil edilsin. Yəni sülhməramlıların getməsinin belə müsbət tərifi də ola bilər. Azərbaycanla Türkiyə rəsmi səviyyədə bir- birlərinin müttəfiqləridir. Hərbi və digər sahələrdə əməkdaşlıqları olduqca dərin və stratejidir. İki ölkənin ortaq strateji maraqları və siyasi xətti bu günə qədər uğurlu nəticələr doğurub. Böyük ehtimalla, bundan sonra da bu vəziyyət belə davam edəcək.

Həmsöhbətimiz vurğuladı ki, Rusiyaya gəldikdə, Azərbaycan- Rusiya münasibətlərində bu gün problem yoxdur”.

“Azərbaycan Rusiyanın Ukraynada apardığı işğalçı siyasəti dəstəkləməsə də Qərbin Rusiyaya qarşı yaratdığı koalisiya və ya sanksiyalara qoşulmur və beləliklə də Bakı Moskva və Qərb arasında balans siyasətini davam etdirir. Bu da həm Qərb üçün, həm də Rusiya üçün məqbuldur. Çünki bu günə qədər Rusiyadan Qərbdən bizə qarşı bir irad və yaxud da ki, təzyiq olmayıb”.

Emin ŞİRVANZADƏ

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla